Rusiyada yeniyetmə yoldan keçən şəxsin gözünə atəş açıb


  • 16:09

Rusiyanın Vladivostok şəhərində 17 yaşlı yeniyetmə pnevmatik tapança ilə yoldan keçən şəxsin gözünə atəş açıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Primorsk diyarı üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alan 24 yaşlı şəxs xəstəxanaya yerləşdirilib.

Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

O bildirib ki, zərərçəkmişlə arasında şəxsi mübahisə yaranıb və bu səbəbdən onun gözünə atəş açıb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 112-ci maddəsinin 2-ci hissəsi (silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə qəsdən sağlamlığa orta ağır zərər vurma) ilə cinayət işi açılıb.

Humay Eminqızı

Oxşar xəbərlər