- 17:45
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsinə cavab olaraq, İran silahlı qüvvələri İsrailin Ben-Qurion hava limanında yanacaq dolduran təyyarəsinə zərbələr endirib.
E-huquq.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bu gün səhərdən etibarən “Dena” esminesinin dənizçilərinin, doktor Əli Laricaninin və general Qolamreza Süleymaninin qanının qisası olaraq sionist rejimin (yəni İsrailin) ordusuna məxsus Ben-Qurion hava limanında yerləşən strateji yanacaq dolduran təyyarələrə pilotsuz uçuş aparatları ilə zərbələr dalğası həyata keçirilib”, - məlumatda bildirilib.
Humay Eminqızı