- 17:45
İndoneziya Yaxın Şərqdə gərginliyin artması fonunda Qəzzaya qoşun göndərilməsi ilə bağlı planlarını dayandırıb.
E-huquq.az xəbər verir ki, bu barədə İndoneziya prezidentinin sözçüsü Prasetyo Hadi məlumat verib.
Onun sözlərinə görə, qərarın təxirə salınmasına əsas səbəb regionda təhlükəsizlik vəziyyətinin kəskinləşməsidir. Hadi bildirib ki, Yaxın Şərqdə artan gərginlik planlaşdırılan addımların icrasını hələlik mümkünsüz edir.
Xatırladaq ki, İndoneziya daha əvvəl ABŞ-nin prezidenti Donald Trampın Qəzza planı çərçivəsində yaradılan Beynəlxalq Sabitləşdirmə Qüvvəsinin (ISF) tərkibində Qəzzaya göndərilməsi nəzərdə tutulan təxminən 8 min hərbçinin iyunun sonunadək hazır vəziyyətə gətiriləcəyini açıqlamışdı.
Şəbnəm Mehdizadə