İsrailin hücumları zamanı Beyrutda 15 mərtəbəli bina yerlə yeksan olub


  • 16:43

Livanın paytaxtı Beyrutda gecə saatlarında edilən hücum nəticəsində 15 mərtəbəli bina tamamilə dağılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu Livana qarşı gecə əməliyyatları çərçivəsində Beyrutda bir çox məntəqəyə zərbələr endirib.

Hücumun ən dəhşətli anı şəhərin mərkəzində 15 mərtəbəli binanın tamamilə uçması olub.

Ərazidə yaşayan sakinlər dağıntı anını mobil telefonlarına çəkib və görüntüləri sosial şəbəkədə paylaşıblar.

İsrail ordusunun yaydığı açıqlamada Hizbullahın pul ehtiyatlarının dağılmış binanın zirzəmisində saxlanıldığını iddia edib.

Hücumlardan sonra yerli sakinlər qorxu və panika yaşayıb, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Ekspertlər xəbərdarlıq edir ki, artan əməliyyatlar regional gərginliyi artıra bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər