Bağdada dron hücumu olub: 2 nəfər ölüb, 5 nəfər yaralanıb - FOTO


  • 8 Aprel 11:38

İraqın paytaxtı Bağdadın müxtəlif bölgələrinə dronla hücum olub.

E-huquq.az xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bağdadın Amiriya rayonunda bir evə çırpılan dron nəticəsində 2 nəfər həyatını itirib.

Digər hücumlar zamanı isə 5 təhlükəsizlik işçisi yaralanıb.

Bağdadın Rusafa rayonunda isə partlamamış hərbi sursat aşkar edilib.

Mülki müdafiə qrupları tərəfindən yanğınlar tez bir zamanda söndürülüb.

Rəsmilər hadisəni araşdırır və vətəndaşları təhlükəsiz bölgələrdən uzaq durmağa çağırıb.

Təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətind gətirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər