Məzmuna keç

İran bankı Böyük Britaniya hökumətini məhkəməyə verib

İran bankı Böyük Britaniya hökumətini məhkəməyə verib

İranın “Millət” bankı Böyük Britaniya hökumətini məhkəməyə verib.

E-huquq.az-ın xəbərinə görə, məhkəmə prosesi gələn həftə Londonda başlayacaq və 5 həftə davam edəcək.

Xatırladaq ki, 2010-cu ildə Britaniya hökuməti “Millət” bankının aktivlərini dondurub. Bank Britaniya hökumətinin aktivləri dondurmasını qanunsuz hesab edərək Ali Məhkəməyə müraciət edib. Britaniyanın Ali Məhkəməsi bankın müraciətinə müsbət cavab verərək, məhkəmə araşdırmasının aparılması haqqında qərar qəbul edib.

Bank bildirib ki, Britaniya hökumətinin qanunsuz hərəkəti ucbatından müştəriləri qarşısındakı öhdəliyini yerinə yetirə bilməyib və külli miqdarda ziyana uğrayıb. Bank Britaniya hökumətindən 1,6 milyard dollar kompensasiya tələb edir.