- 17:09
Rusiya Prezidenti Vladimir Putin Rusiyada işgüzar səfərdə olacaq Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə danışıqlar aparacaq.
E-huquq.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Danışıqlar aprelin 29-da baş tutacaq.
“Müxtəlif sahələrdə Rusiya-Konqo dostluq münasibətlərinin gələcək inkişafına dair geniş məsələlərin müzakirəsi, həmçinin beynəlxalq və regional gündəmdə olan aktual mövzular üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır”, - məlumatda bildirilib.
Humay Eminqızı