- 16:52
OPEC və OPEC+-dan çıxmaq qərarı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) suveren qərarıdır.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bunu BƏƏ-nin energetika naziri Süheyl əl-Məzrui məlumat verib.
“Bu, BƏƏ-nin uzunmüddətli strateji və iqtisadi baxışına əsaslanan suveren milli qərardır”, - nazir bildirib.
Onun sözlərinə görə, bu qərar enerji sektoru, neft sektoru və digər sahələrlə bağlı strategiyalar diqqətlə nəzərdən keçirildikdən sonra qəbul edilib.
Nazir, həmçinin qeyd edib ki, BƏƏ yaxın gələcəkdə qlobal iqtisadiyyatın daha çox yanacağa ehtiyac duyacağını düşünür və bu tələbatı qarşılamağa hazırdır: “Biz hesab edirik ki, gələcəkdə dünyaya daha çox enerji daşıyıcıları lazım olacaq və OPEC və OPEC+-dan çıxmaq, tərəfdaşlarımız və investorlarla əməkdaşlığı davam etdirərək bu ehtiyacları qarşılamağa imkan verəcək”.
Humay Eminqızı