İzmir sahillərində 24 qanunsuz miqrant saxlanılıb


  • 10:29

Türkiyənin İzmir şəhərində 24 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmirin Seferihisar rayonu sahillərində hərəkətdə olan rezin qayıqda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Sahil Mühafizəsi Komandanlığının əməkdaşları göndərilib.

Rezin qayıq komanda tərəfindən dayandırılıb və 24 qeyri-qanuni miqrant saxlanılaraq sahilə çıxarılıb.

Miqrant qaçaqmalçısı olmaqda şübhəli bilinən bir nəfər saxlanılıb.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər