Məzmuna keç

Fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb:

Türkiyənin Kayseri şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, Kayserinin Kocasinan rayonunda yük maşını ilə fəhlələri daşıyan mikroavtobus toqquşub.

Qəza nəticəsində hər iki sürücü və mikroavtobusda olan 6 sərnişin xəsarət alıb.

Hadisə yerinə polis və tibb qrupları göndərilib.

Yaralılar təcili yardımla Kayseri Şəhər Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə