Avstraliyada təyyarə qəzası yanğına səbəb olub


  • 11:04

Avstraliyanın Adelaida şəhəri yaxınlığındakı Parafild hava limanında təyyarə qəzaya uğrayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə eniş etmək istəyərkən uçuş-enmə zolağının yaxınlığındakı anqara çırpılıb.

Zərbə anqarda güclü yanğına səbəb olub.

Hava limanı dərhal bütün reyslər üçün bağlanıb.

Hadisədən sonra əraziyə təcili yardım briqadaları göndərilib, təhlükəsizlik məqsədilə hava limanının ətrafı boşaldılıb.

Təyyarənin göyərtəsində olan insanların sayı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər