Panama kanalından keçən gəmilərin sayı kəskin artıb


  • 11:37

İranla gərginlik və Hörmüz boğazının faktiki olaraq bağlanması qlobal ticarət yollarında əsaslı dəyişikliklərə səbəb olur.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Panama Kanalı İdarəsinin (ACP) maliyyə direktoru Viktor Vial məlumat verib.

O bildirib ki, oktyabr ayından bu yana kanaldan keçən gəmilərin sayının keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 300 ədəd artıb.

"Yaxın Şərqdəki vəziyyət həll olunana qədər bu tendensiyanın davam edəcəyi gözlənilir. Ticarət gəmiləri İran sahillərində riskli ərazilərdən qaçmaq və Hörmüz boğazında tıxacdan yan keçmək üçün Panama kanalına istiqamətlərini dəyişir. Lakin Hörmüz boğazındakı böhranla əlaqədar Panama kanalına tələbatın artması tranzit xərclərini də artırıb" - deyə direktor əlavə edib.

Bir gəminin kanaldan keçməsi üçün ödənilən orta ödəniş gəminin növündən asılı olaraq 300.000-400.000 dollar arasında dəyişir. Əvvəlcədən rezervasiya etmədən və gözləmək istəməyən gəmilər gündəlik hərraclarda iştirak edirlər. Bəzi gəmilərin son dəqiqə tranzit hüquqlarını təmin etmək üçün əlavə 425.000 dollar ödənilir.

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələri də aprelin ortalarından etibarən İran limanlarına blokada tətbiq edir.

Qlobal enerji ticarətinin 25 faizinin keçdiyi bu marşrutun bağlanması dünya üzrə neftin qiymətinin bir barel üçün 107 dollardan yuxarı qalxmasına və tədarük zəncirlərində ciddi pozulmalara səbəb olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər