Rusiyada bəzi məktəblərdə dərslər dayandırılıb


  • 12:39

Ukrayna Silahlı Qüvvələrinin (USQ) yenidən Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində neft emalı zavoduna hücumundan sonra baş verən yanğın səbəbindən 11 məktəbdə dərslər ləğv edilib.

E-huquq.az xəbər verir ki, bu barədə regionun operativ qərargahı “Telegram” kanalında məlumat yayıb.

“Tuapse şəhərində məktəblər və əlavə təhsil müəssisələri 29 aprel tarixində şagirdləri qəbul etməyəcək. Qərar təhlükəsizlik məqsədilə qəbul edilib”, - məlumatda bildirilib.

Xatırladaq ki, dünən USQ yenidən Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində yerləşən neft emalı zavoduna PUA vasitəsi ilə hücum edib. Nəticədə güclü yanğın baş verib. Tuapse şəhərində və Şepsi kənd dairəsində suyun verilməsi dayandırılıb. Neft emalı zavodunun yaxınlığında yerləşən evlərin sakinləri evakuasiya edilib. Neft sızmasının aradan qaldırılması üçün 360 canlı qüvvə, 60-dan çox texnika cəlb edilib. Neft məhsullarının töküldüyü Tuapse çayında qarşısını alan bənd qurulub.

Humay Eminqızı

Oxşar xəbərlər