- 12:39
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində neft emalı zavoduna hücumundan sonra neft sızıntısının təmizlənməsi işləri davam edir.
E-huquq.az xəbər verir ki, bu barədə Krasnodar diyarının operativ qərargahından məlumat verilib.
Bildirilib ki, işlər 24 saat rejimində aparılır.
“Ümumilikdə 9 793 kubmetr çirklənmiş torpaq və su-mazut qarışığı toplanıb. Bunlardan 2 523 kubmetri son 24 saat ərzində toplanıb”, - məlumatda deyilir.
Bildirilir ki, işlər dəniz terminalı, neft emalı zavodunun ərazisi, Tuapse çayı boyunca və çayın mənsəbi, həmçinin çayın Qara dənizə töküldüyü yerdən sahil xətti boyunca təxminən 1 km məsafədə davam edir.
Təmizləmə üçün 323 canlı qüvvə və 51 texnika cəlb edilib. Gün ərzində əlavə qüvvələrin cəlb edilməsi planlaşdırılır.
Humay Eminqızı