- 17:18
Türkiyənin Tokat vilayətində daha 2 nəfər Krım-Konqo Qızdırmasına (KKKA) yoluxub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, virusa yoluxan 2 nəfər Tokat Gaziosmanpaşa Universitetinin xəstəxanasına yerləşdirilib.
Onların vəziyyətinin yaxşı olduğu bildirilib.
Səhiyyə Nazirliyi əhaliyə ehtiyatlı olmaq barədə xəbərdarlıq edib.
Şəbnəm Mehdizadə