Məzmuna keç

Tələbələri daşıyan avtobus minik avtomobilinin üzərinə aşdı:

Türkiyənin Bartın vilayətində ağır yol qəzası olub.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, şəhər mərkəzindən tələbələri Bartın Universitetinə aparan avtobus avtomobillə toqquşub.

Toqquşmanın təsirində avtobus avtomobilin üzərinə aşıb.

Qəza nəticəsində 44 tələbə və 2 sürücü yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisə ilə bağlı məlumat alan tibb və polis qrupları hadisə yerinə cəlb edilib.

Bartın valisi Nurtaç Arslan xəstəxanada olan tələbələri baş çəkib..

Şəbnəm Mehdizadə