İstanbulda ağır yol qəzasında 11 nəfər yaralanıb


  • 16:33

Türkiyənin İstanbul şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

E-huquq.az Türkiyöə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Beykoz rayonunda xidməti mikroavtobusla minik avtomobili toqquşub.

Yol qəzasında biri ağır olmaqla 11 nəfər xəsarət alıb.

Toqquşma nəticəsində avtomobilin sürücüsü nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə polis, xilasedicilər və tibb qrupları cəlb edilib.

Toqquşma nəticəsində nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalan sürücü xilasedicilər tərəfindən xilas edilib,

Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər