Aİ "Meta"nı uşaqların qorunması qaydalarını pozmaqda günahlandırır


  • 16:42

Avropa İttifaqı (Aİ) "Facebook" və "Instagram" platformalarını uşaqların qorunması qaydalarını pozmaqda ittiham edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Aİ bu şirkətlərin 13 yaşdan kiçik uşaqların platformalara daxil olmasının qarşısını almaq üçün daha ciddi addımlar atmalı olduğu qənaətinə gəlib.

Bu ittiham Avropa Komissiyasının iki illik araşdırmasından sonra, Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində irəli sürülüb.

Qanun böyük texnologiya şirkətlərindən platformalarda qeyri-qanuni və zərərli məzmunla daha fəal mübarizə aparmağı tələb edir.

Aİ tənzimləyicilərinin məlumatına görə, Avropada 13 yaşdan kiçik uşaqların təxminən 10%-i "Facebook" və "Instagram" istifadə edir.

Avropa Komissiyası bildirir ki, hər iki platforma risk qiymətləndirmə üsullarını yeniləməlidir. Komissiya həmçinin uşaqları müəyyən etmək və onların platformalara girişini məhdudlaşdırmaq üçün texniki sistemlərin gücləndirilməsini istəyir.

"Meta" şirkəti yekun qərardan əvvəl ittihamlara cavab verə və dəyişikliklər edə bilər. Qanunu pozan şirkətlər qlobal gəlirlərinin 6%-i həcmində cərimə oluna bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər