Ötən il Avropada iqlim böhranı kritik həddə çatıb


  • 16:59

Keçən il Avropada temperatur qlobal orta səviyyədən yüksək olub.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat Avropa Orta Mənzilli Hava Proqnozları Mərkəzi (ECMWF) və Ümumdünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən dərc edilmiş "Avropanın 2025-ci il vəziyyəti" adlı hesabatında yer alır.

Təxminən 100 alimin töhfəsi ilə hazırlanan hesabatda Avropa qitəsinin dünyanın ən sürətli istiləşmə bölgəsi olmağa davam etdiyi bildirilir.

Hesabatda Avropanın ən azı 95 faizində illik temperaturun orta səviyyədən yüksək olduğu vurğulanır və qitədəki bütün buzlaq bölgələrinin xalis kütlə itkisi ilə üzləşdiyinə diqqət çəkilir.

Hesabatda qeyd olunub ki, İslandiyada ikinci ən böyük buzlaq itkisi yaşanıb. Qrenlandiya buz təbəqəsi isə 139 milyard ton buz itirib.

Avropa dənizlərində də rekord temperatur qeydə alınıb və regionun illik dəniz səthinin temperaturu indiyədək ən yüksək səviyyəyə çatıb.

Bundan əlavə, hesabatda vurğulanır ki, isti və quru hava şəraiti meşə yanğınlarını artırıb və nəticədə təxminən 1.034.000 hektar ərazinin yanması ilə nəticələnib. Bu da indiyədək qeydə alınan ən yüksək səviyyədir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər