Çanaqqala boğazında gəmilərin hərəkəti buna görə dayandırıldı


  • 17:18

Türkiyədə Çanaqqala (Dardanel) boğazı tranzit gəmilərin hərəkəti üçün bağlanıb.

E-huquq.az Tükiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb Barbados bayrağı altında üzən və Rusiyadan İzmitə yola çıxmış 274 metr uzunluğundakı "Zephyr Prosper" adlı tankerdə nasazlığın baş verməsi olub.

Gəmi Eceabat yaxınlarında güclü axınların təsiri ilə sürətini itirərək sürüklənməyə başlayıb.

Gəmi kapitanı hadisə barədə Çanaqqala Boğazı Gəmi Hərəkəti Xidmətinə məlumat verib.

Əraziyə göndərilən gəmilərin müdaxiləsi ilə tanker sabitləşdirilib və risklərin qarşısını almaq üçün boğaz gəmilərin hərəkəti üçün bağlanıb.

Vəziyyətlə bağlı digər gəmilər də radio vasitəsilə məlumatlandırılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər