Hakan Fidan: Türkiyə Ukraynada müharibənin həlli üçün ABŞ-nin vasitəçilik səylərini dəstəkləyir


  • 20:29

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Ukraynadakı münaqişənin həlli üçün ABŞ-nin vasitəçilik səylərinə güclü dəstək verdiyini və bu çərçivədə üzərinə düşən hər şeyi etməyə hazır olduğunu bəyan edib.

E-huquq.az xəbər verir ki, bu barədə nazir Vyanada avstriyalı həmkarı Beate Maynl-Rayzinger ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Görüş zamanı Rusiya və Ukrayna arasındakı müharibənin yaratdığı risklər, həll yolları və sülhə nail olmaq məsələləri müzakirə olunub. H.Fidan Türkiyənin bu məsələdəki mövqeyinin aydın olduğunu və Prezident Rəcəb Tayyib Ərdoğanın müharibəni dayandırmaq üçün ilk gündən bütün imkanlardan istifadə etdiyini vurğulayıb:

"Türkiyə 2022-ci ildən bəri Rusiya və Ukrayna arasında müxtəlif səviyyələrdə və formatlarda danışıqlar aparır. Eyni zamanda, rəsmi Ankara ABŞ-ın vasitəçilik səylərinə də güclü dəstək verir".

Nazir əlavə edib ki, Ankara Vaşinqtonun bu siyasətini dəstəkləyir və bu istiqamətdə üzərinə düşən missiyanı böyük səylə yerinə yetirməyə davam edəcək.

Oxşar xəbərlər