Adanada 24 yaşlı gənci sel aparıb


  • 09:28

Türkiyənin Adana şəhərində güclü yağış və daşqınlar bəzi fəsadlar törədib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Adananın Kozan rayonunda leysan yağışları daşqınlara səbəb olub.

Daşqın zamanı avtomobildə köməksiz vəziyətdə qalan iki nəfərdən birini xilas etmək mümkün olub, digərini isə axın aparıb.

Əraziyə cəlb edilən edilən qruplar 24 yaşlı gəncin cəsədini tapıb.

Bundan başqa əkin sahələrini su altında qalıb, heyvanların tələf olub, nəqliyyatın hərəkəti çətinləşib.

Komandalar yağışın səngidiyi bölgədə yoxlama və nəzarət işlərini davam etdirir.

Adana Valiliyi qəfil və leysan yağışların Eskikabaşakal, Tavşantəpə və Acarmantaş məhəllələrində daşqınlara və suyun daşmasına səbəb olduğunu açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər