Məzmuna keç

İstanbulda avtomobil kafeyə çırpılıb:

Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Bakırköy rayonunda avtomobilin sürücüsü idarəetməni itirərək hərəkətdə olan motosikletlə toqquşub .Daha sonra avtomobil səkiyə çıxıb və yol kənarındakı kafeyə çırpılıb.

Qəza nəticəsində kafedə olan 5 nəfər və sürücü xəsarət alıb.

Hadisə yerinə polis, yanğınsöndürən və tibb qrupları göndərilib.

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Kafeyə çırpılan avtomobil evakuatorun köməyi ilə çıxarılıb.

Şəbnəm Mehdizadə