- 10:14
Pentaqon "Google" ilə yeni bir razılaşma imzalayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, razılaşmaya görə "Google" şirkətinin "Gemini" süni intellekti vasitəsi məxfi şəbəkələrdə istifadə ediləcək.
Pentaqon rəhbəri Pit Heqset bildirib ki, müqavilənin məqsədi ordunu süni intellektlə döyüş qüvvəsinə çevirməkdir.
Son aylarda Pentaqon, ABŞ-nin ən böyük süni intellekt şirkətləri ilə yeni müqavilələr imzalamağa çalışır. Bu müqavilələr şirkətlərə öz sistemlərindən "qanuni məqsədlər üçün" istifadə etməyə icazə verir.
Yeni razılaşma isə "Gemini" süni intellektinin kəşfiyyat analizi və hədəf dəstəyi kimi daha kritik və gizli əməliyyatlarda istifadəsinə imkan verir.
Bununla yanaşı "Google"da daxili etirazlar davam edir. Təxminən 600 əməkdaş şirkət rəhbərliyinə məktub göndərərək hərbi tərəfdaşlıqların rədd edilməsini tələb edib. 2018-ci ildə şirkət oxşar etirazlar nəticəsində hərbi layihələrdən geri çəkilmişdi.
Şirkət yaydığı açıqlamada süni intellektin kütləvi nəzarət və avtonom silahlar üçün istifadəsinin qarşısını almağa davam etdiyini bəyan edib, lakin yeni müqavilə və məxfi əməliyyatlar üzərindəki nəzarət vətəndaş cəmiyyəti təşkilatları arasında narahatlıq yaratmaqdadır.
Şəbnəm Mehdizadə