ABŞ İranla müharibəyə 25 milyard dollardan çox xərcləyib


  • 10:14

İranla davam edən müharibə ABŞ-yə təxminən 25 milyard dollara başa gəlib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları başlayanda ilk altı gündə xərc 11,3 milyard dollar olub.

Münaqişənin başlanğıcından bəri Konqresə rəsmi xərc yeniləməsi təqdim etmədiyi üçün Pentaqon tənqid edilib.

Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinə təqdimatında Pentaqonun nəzarətçisi Jules Hurst 25 milyard dollarlıq xərclərin böyük hissəsinin döyüş sursatı xərclərindən ibarət olduğunu bildirib. Bu məbləğə əməliyyat xərcləri, təmir işləri və avadanlıqların dəyişdirilməsi daxildir.

Pentaqon müharibənin ümumi dəyərini tam qiymətləndirdikdən sonra Ağ Ev vasitəsilə Konqresdən əlavə maliyyə tələb etməyə hazırlaşır.

"Epik qəzəb" əməliyyatının dəyəri ölkədə müzakirələrə və etirazlara səbəb olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər