- 11:56
ABŞ-nin aprelin 13-də başlatdığı dəniz blokadasından sonra İranın neft ehtiyatları kritik həddə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ekspertlər anbar tutumu dolduğu üçün istehsalın dayana biləcəyini düşünür.
ABŞ dəniz qüvvələrinin İran limanlarını blokadası Tehranın neft ixracı imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.
Aprelin 13-dən davam edən əməliyyat İranı ixrac edə bilmədiyi nefti saxlamağa məcbur edir.
Qeyd olunur ki, blokada başlayandan bəri çənlərə təxminən 3 milyon barel əlavə neft əlavə edilib.
İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ölkəsinin ən azı 30 gün daha iqtisadi təzyiqlərə tab gətirə biləcəyini bildirib.
Bununla belə, əməliyyat təhlükəsizliyi standartlarına görə, neft şirkətləri ümumiyyətlə anbar tutumlarının 80%-ni keçməkdən çəkinirlər.
Mövcud blokada davam edərsə, anbarların tam dolacağı gözlənilir.
Neft hasilatının dayandırılması yeraltı ehtiyatlara daimi ziyan vurmaq, neft axınının sxemini dəyişmək və gələcək hasilat xərclərini artırmaq riskləri daşıyır.
Şəbnəm Mehdizadə