- 11:56
ABŞ dəniz blokadasına görə 42 gəmini geri qaytarıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Qurumun yaydığı açıqlamada ABŞ qüvvələrinin blokadanı pozaraq İran limanlarına girib-çıxmağa cəhd edən 42-ci ticarət gəmisini geri qaytarıldığı qeyd edilib.
"Hazırda İran rejiminin sata bilmədiyi 69 milyon barel neft daşıyan 41 tanker var. Bu, 6 milyard dollardan çox vəsait deməkdir" - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, ABŞ-nin İran limanlarının blokadasına 10 mindən çox hərbçi, eləcə də onlarla döyüş gəmisi və qırıcı təyyarə cəlb olunub.
Şəbnəm Mehdizadə