- 11:09
Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində neft emalı zavoduna hücumundan sonra baş verən yanğın söndürülüb.
E-huquq.az xəbər verir ki, bu barədə regionun rəhbəri Veniamin Kondratyev “Telegram” hesabında məlumat yayıb.
“Tuapse neft emalı zavoduna PUA hücumu nəticəsində yaranan yanğın söndürülüb. Yanğınsöndürmə işində iştirak edən hər kəsə təşəkkür edirəm. Bu inanılmaz çətin iş idi. İndi biz şəhəri mümkün qədər tez qaydaya salmaq üçün əlimizdən gələni edəcəyik”, - Kondratyev bildirib.
Xatırladaq ki, 28 aprel USQ yenidən Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində yerləşən neft emalı zavoduna PUA vasitəsi ilə hücum edib. Nəticədə güclü yanğın baş verib. Tuapse şəhərində və Şepsi kənd dairəsində suyun verilməsi dayandırılıb. Neft emalı zavodunun yaxınlığında yerləşən evlərin sakinləri evakuasiya edilib. Neft sızmasının aradan qaldırılması üçün müəyyən tədbirlər görülür. Yanğın səbəbindən 11 məktəbdə dərslər ləğv edilib.
Humay Eminqızı