"Xüsusi hərbi əməliyyatdakı qələbə sabitlik və gəlirlərin artımını təmin edəcək" - Medvedev


  • 13:36

“Rusiyanın xüsusi hərbi əməliyyatdakı qələbəsi, proqnozlaşdırılan ssenariyə uyğun olaraq, ölkənin dayanıqlı inkişafı üçün şərait yaradacaq, buna əhali gəlirlərinin artması, mənzil və demoqrafik məsələlərin həlli daxildir”.

E-huquq.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Bilik. Birinci" marafonunda bildirib.

"Amma bütün bunları həll etmək üçün sabitlik və təhlükəsizlik lazımdır. Və onlar yalnız xüsusi hərbi əməliyyatın məqsədinə çatmaqla əldə oluna bilər", - Medvedev deyib.

Humay Eminqızı

Oxşar xəbərlər