- 15:01
Ermənistanın baş naziri Nikol Paşinyan Ukrayna prezidenti Vladimir Zelenskinin Avropa Siyasi Birliyinin sammiti üçün ölkəyə səfərini gözlədiyini bildirib.
E-huquq.az xəbər verir ki, bu barədə Paşinyan brifinq zamanı bildirib.
“Mən Ukrayna prezidenti daxil olmaqla Avropa Siyasi Birliyinin bütün üzvlərini gözləyirəm”, - nazir deyib.
Qeyd edək ki, mayın 4-dən 5-dək Ermənistanda Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. O, təhlükəsizlik də daxil olmaqla bir sıra məsələləri müzakirə etmək üçün Avropa liderlərini bir araya gətirəcək. Sonuncu sammit 2025-ci ilin oktyabrında Danimarkanın Kopenhagen şəhərində baş tutub və Zelenski də orada iştirak edib.
Humay Eminqızı