- 14:52
"Hüquqi savadlılığın cəmiyyətin bütün təbəqələrinə yayılmasına yönəlmiş fəaliyyət planı üzərində çalışırıq.
E-huquq.az xəbər verir ki, bu sözləri Ədliyyə naziri Akın Gürlek bildirib.
O qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2027-ci ili "Beynəlxalq Hüquq Savadlılığı İli" elan edib. Bu təşəbbüsün məqsədi cəmiyyətin hər təbəqəsini hüquq sahəsində maarifləndirmək və ədalətə çıxışı artırmaqdır.
Gürlek əlavə edib ki, rəqəmsal texnologiyaların inkişafını nəzərə alaraq, süni intellektdən istifadəyə önəm verirlər və bu sahədə vətəndaşların maraqlarını qorumağı prioritet hesab edirlər. Lakin süni intellekt vəkillik peşəsinin yerini ala bilməz, çünki o, məhkəmə-hüquq sisteminin üç əsas sütunundan biridir.
Nazir vurğulayıb ki, məqsəd vətəndaşları öz hüquqlarını və vəzifələrini dərk edən və ədalətə asanlıqla çata bilən insanlar kimi yetişdirməkdir.
Şəbnəm Mehdizadə