Türkiyə Barolar Birliyi: "Müdafiə hüququ süni intellektə verilə bilməz"


  • 14:52

Türkiyədə vəkillər ədliyyə naziri Akın Gürlekinin məhkəmə sistemində süni intellektin istifadəsi ilə bağlı açıqlamalarına cavab olaraq birgə bəyanat yayıb.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, nazirin müsahibəsində vətəndaşların süni intellektlə hüquqi proseslərə çıxışını dəstəkləyən layihələrlə bağlı açıqlamaları vəkillərin tənqidinə səbəb olub.

78 Vəkillər Kollegiyasının qəbul etdiyi birgə bəyanatda süni intellektin hüquqi proseslərdə istifadə edilməsinin müdafiə hüququna zərər verəcəyi bildirilir.

Kollegiyalar süni intellektin vətəndaşların hüquqi dəstəyinə müdaxilə etməsinin müdafiə hüququnu zəiflətdiyini vurğulayıblar. Onlar məhkəmə sistemində müstəqil müdafiənin və vicdanlı mühakimənin qorunmasının vacibliyini qeyd ediblər. Süni intellektin ədalət mühakiməsini əvəz etməsinin qanuna zidd olduğunu bildirən vəkillər, bu texnologiyanın hüquq xidmətlərini mexaniki struktura çevirməməli vurğulayıblar.

Bəyanatda hüquqşünasların əvəzi olan "AI hakimləri" və "AI hüquqşünasları" tələbinin qanunla ziddiyyət təşkil etdiyi və ədalətin yalnız məlumatların emalı ilə əldə edilə bilməyəcəyi vurğulanıb.

Vəkillər bu cür təşəbbüslərə qarşı mübarizələrini davam etdirəcəklərini bildiriblər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər