- 17:39
Rusiyanın paytaxtı Moskvada 4-cü sinif şagirdi müəllimini bıçaqla yaralayıb.
E-huquq.az xəbər verir ki, bu barədə məktəbin direktoru İrina Kurçatkina məlumat verib.
Hadisə 1474 saylı məktəbdə baş verib.
“4-cü sinifdə oxuyan qız şagird evdən gətirdiyi mətbəx bıçağı ilə müəllimi yaralayıb. Müəllimə vaxtında tibbi yardım göstərilib. Xoşbəxtlikdən, yara dərin deyil və onun həyatına heç bir təhlükə yoxdur”, - direktor bildirib.
Hadisənin səbəbləri, şagirdin bıçağı məktəbə necə gətirdiyi araşdırılır.
Daxili İşlər Nazirliyinin məlumatına görə, uşaq və onun qanuni nümayəndələri dindirilir.
Humay Eminqızı