- 17:39
Türkiyənin Bursa şəhərində qadın vəkil qətlə yetirilib.
E-huquq.az "Hukukihaber.net"ə istinadən xəbər verir ki, hadisə Gürsu rayonunda baş verib.
Elif Çalışkan borcunu ödəməyən H.Ç.-ni məhkəməyə verib. Məhkəmə prosesi zamanı tərəflər arasında mübahisə yaranıb, borclu olan şəxs qadın və onun vəkili olan bacısı Xədicə Kocaefeni hədələyib.
Daha sonra borclu avtomobillə onları izləyərək qarşısını kəsib və tapançadan atəş açıb.
Elif Çalışkan dizindən, vəkil isə isə sinəsindən yaralanıb.
Onlar dərhal xəstəxanaya çatdırılsa da, vəkilin həyatını xilas etmək mümkün olmayıb.
Elif Çalışkanın vəziyyəti isə yaxşıdır.
Hadisə ilə əlaqədar iki nəfər saxlanılıb, araşdırmalar davam edir.
Ədliyyə naziri Akın Gürlek vəkilin ailəsinə və yaxınlarına başsağlığı verib.
"Vəkillərimiz ədalətin təminində mühüm rol oynayır" - nazir bildirib.
Türiyə Barolar Birliyi də öz növbəsində hadisəni pisləyib.
Şəbnəm Mehdizadə