- 17:39
Belçika hökuməti "Engie" şirkətinə məxsus Doel və Tihange atom elektrik stansiyalarını dövlət tərəfindən satın alınması üçün danışıqlara başlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Baş nazir Bart De Vever məlumat verib.
O bildirib ki, bu addım nüvə elektrik stansiyalarının tamamilə alınması və şərtlərin müəyyənləşdirilməsi məqsədini güdür. Proses tamamlanana qədər isə istismardan çıxarma fəaliyyəti dayandırılıb.
Hökumət enerji təhlükəsizliyini artırmaq və daha davamlı enerji mənbələrinə üstünlük verməyi planlaşdırır. Müzakirələr "Engie" və onun törəmə şirkəti "Electrabel"ə məxsus olan bütün nüvə fəaliyyətlərini əhatə edir.
Hökumət bəzi bağlanan reaktorları yenidən işə salmağı və ya mövcud reaktorların ömrünü uzatmaq niyyətindədir.
Şəbnəm Mehdizadə