Süni intellekt vasitəsi şirkətin məlumat bazasını səhvən silib


  • 17:39

"Anthropic" şirkətinin hazırladığı "Claude Opus 4.6" süni intellekti PocketOS şirkətinin məlumat bazasını səhvən silib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, süni intellekt şirkətin bütün istehsal məlumatlarını və ehtiyat nüsxələrini cəmi 9 saniyə ərzində silib.

Avtomobil kirayəsi xidmətləri göstərən "PocketOS"un qurucusu Ceremi Kreynin sözlərinə görə, bu hadisə müştərilər üçün ciddi narahatlığa səbəb olub.

Kreyn süni intellekt vasitəsinin sistem qaydalarına etinasız yanaşdığını və təhlükəsizlik tədbirlərinə zidd hərəkət etdiyini vurğulayıb.

Şirkət məlumatları üç ay əvvələ aid ehtiyat nüsxələrin köməyi ilə bərpa etməyə çalışıb. Sistemlər təxminən iki gün sonra yenidən işə düşsə də, müştəri məlumatlarında boşluqlar qalmaqda davam edir.

"Anthropic" şirkəti məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər