- 17:39
Türkiyə xarici işlər nazirinin müavini Zeki Levent Nyu-Yorkda keçirilən Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqavilənin (NPT) 11-ci Baxış Konfransında iştirak edib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Zeki Levent səfər çərçivəsində Yaponiya, Kanada, Meksika, Niderland və Ukraynanın xarici işlər nazirlərinin müavinləri ilə görüşüb.