- 22:26
Məhkəmə ABŞ Prezidenti Donald Trampa sui-qəsd cəhdində ittiham olunan amerikalı Kol Tomas Allenin barəsində həbs qətimkan tədbiri seçib.
E-huquq.az xəbər verir ki, Vaşinqtonda keçirilən məhkəmə iclasında Allenin vəkili bildirib ki, müvəkkili istintaq müddətində həbsdə qalmağa razılaşıb.
Prokurorlar Allenin cəmiyyət üçün təhlükə yaratdığı əsas gətirilərək həbsdə qalmasında israr ediblər.
Qeyd edək ki, Vaşinqton Hilton otelində Ağ Ev Müxbirləri Assosiasiyasının illik qəbulu zamanı baş vermiş atışmaya görə saxlanılan 31 yaşlı Kol Tomas Allenə qarşı ABŞ Prezidentinə sui-qəsd cəhdi, ağır cinayət törətmək niyyəti ilə odlu silah və sursat daşıma, zorakı cinayətin törədilməsində odlu silahdan istifadə ittihamları irəli sürülüb.
Baş prokuror vəzifəsini icra edən Todd Blanche qeyd edib ki, o, ömürlük həbs cəzası ilə üzləşə bilər.