Tikintidə üstünə qaz balonu düşən fəhlə öldü


  • 09:41

Türkiyənin Kastamonu vilayətində tikintidə bədbəxt hadisə baş verib.

E-huquq.az-ın "TRT Haber"ə istinadən məlumatına görə, tikilməkdə olan binanın damına membran döşəyən işçilərin istifadə etdiyi qaz balonu bir fəhlənin üzərinə düşüb.

Hadisə yerinə təcili tibbi yardım və polis qrupları göndərilib.

Ağır xəsarət alan Erol B. adlı şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Lakin tibbi müdaxiləyə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər