- 10:30
Türkiyədə özünü hakim kimi təqdim edən şəxsə cinayət işi açılıb.
E-huquq.az-ın Türkiyə mətbutaına istinadən məlumatına görə, Ataşehir vilayətində iki sürücü arasında parklanma yerinə görə mübahisə baş verib.
Mübahisə zəmnində sürücülərdən biri üzərində "hakim-prokuror" yazılan kartı göstərərək özünü vəzifəli şəxs kimi təqdim edib və "Sənə nə edəcəyimi bilirəm" deyə digər sürücünü təhdid edib.
Qarşı tərəf həmin hadisəni videoya çəkərək sosial şəbəkədə paylaşıb.
Məsələ Anadolu Baş Prokurorluğu tərəfindən nəzarətə götürülüb.
Aparılan araşdırmalar nəticəsində həmin şəxsin nə hakim, nə də prokuror olduğu və göstərilən kartın saxta olduğu məlum olub.
Faktla bağlı "təhdid", "dövlət vəzifəsini qanunsuz olaraq ələ keçirmə" və "şəxsi həyatın toxunulmazlığının pozulması" maddələri ilə cinayə.t işi açılıb.

Şəbnəm Mehdizadə