Məşhur rejissorun "Oskar" mükafatı təyyarədə itdi


  • 10:02

Rejissor Pavel Talankinin "Mr. Nobody Against Putin" sənədli filminə görə qazandığı "Oskar" mükafatı Nyu-Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanında itib.

E-huquq.az xarici KİV-ə istiadən xəbər verir ki, çərşənbə günü Almaniyaya uçuşa hazırlaşan Talankinin mükafatı kabinəyə aparmasına icazə verilməyib. Mükafat yük bölməsinə göndərilib, lakin heykəlcik Almaniyaya eniş edərkən itkin düşüb.

Mükafatı tapmaq üçün hərtərəfli daxili araşdırmanın başlandığı bildirilib.

Sənədli filmin icraçı prodüseri Robin Hessman hadisəyə reaksiya verərək, Talankinin əvvəllər də dəfələrlə həm Oskar, həm də BAFTA mükafatları ilə heç bir problem olmadan səyahət etdiyini vurğulayıb.

Pavel Talankin Rusiyanın Ukraynaya hücumundan sonra Rusiya məktəbində müharibə təbliğatının artması haqqında sənədli filminə görə bu il "Ən yaxşı sənədli film" nominasiyasında Oskar mükafatı qazanıb.

Rejissor mükafatı Nyu-Yorkda universitet tələbələri ilə birlikdə qatıldığı nümayiş zamanı nümayiş etdirmək üçün özü ilə aparırmış.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər