Ukraynada sərnişin qatarı qəzaya düşdü - Ölən və yaralılar var


  • 11:39

Ukraynanın Lvov vilayətində sərnişin qatarı ilə avtokranla toqquşub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində sərnişin qatarı relsdən çıxıb.

Məlumata görə, qəza kran sürücüsünün qadağanedici nişanlara məhəl qoymayaraq dəmir yolu keçidinə çıxması nəticəsində baş verib.

Hadisə nəticəsində maşinist həlak olub, onun köməkçisi və avtokran sürücüsü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Sərnişinlər xəsarət almayıb.

Humay Eminqızı

Oxşar xəbərlər