İran səfiri: "ABŞ ilə danışıqlar İslamabadda baş tuta bilər"


  • 11:52

İran ABŞ ilə danışıqların keçirilməsi üçün Pakistanın paytaxtı İslamabadı məkan kimi nəzərdən keçirir.

E-huquq.az xəbər verir ki, bu barədə İranın İtaliyadakı səfiri Məhəmməd Rza Saburi TASS-a müsahibəsində bildirib.

"Biz Pakistanın səylərini diqqətlə izləyirik və bu ölkə rəhbərliyinin təşəbbüs və addımlarını nəzərə alaraq, İslamabad danışıqların keçiriləcəyi məkan kimi nəzərdən keçirilir. Danışıqların keçiriləcəyi yer ikinci dərəcəli məsələdir. Əsas diqqət ədalətli və balanslaşdırılmış razılaşmaya nail olmaq yoluna yönəldilməlidir", - diplomat bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər