Universitetdə narkotik laboratoriyası aşkarlandı


  • 12:23

Miçiqan Universitetinin ən böyük akademik binası olan “Wells Hall”da metamfetamin laboratoriyası işlədən 31 yaşlı Xin Tonq saxlanılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Xin Tonq “binaya qəsdən ziyan vurmaq” və “metamfetamin laboratoriyasını idarə etmək” ittihamı ilə hakim qarşısına çıxarılıb.

Kampusun İctimai Təhlükəsizlik direktoru Mayk Yankovski mətbuat konfransında bildirib ki, hadisə bazar günü axşam binanın beşinci mərtəbəsinə icazəsiz giriş xəbərindən sonra üzə çıxıb. Polislər Xin Tonqu beşinci mərtəbədə içərisində kimyəvi maddələr olan çoxsaylı çantalarla tapıblar.

Axtarışlar zamanı qapılardan və döşəmələrdən natrium hidroksid, xlor turşusu, metanol, izopropil spirt, aseton, butan kimi maddələr aşkar edilib.

Hadisə ilə əlaqədar olaraq “Wells Hall”da keçirilməsi planlaşdırılan imtahanlar başqa yerlərə köçürülüb və ya təxirə salınıb.

Universitet rəhbərliyi binanın tam təhlükəsiz olana qədər bağlı qalacağını, akademik təqvimin də buna uyğun olaraq yeniləndiyini açıqlayıb.

Şübhəlinin universitetlə hər hansı akademik və ya peşəkar əlaqəsinin olub-olmadığı hələlik açıqlanmayıb.

Humay Eminqızı

Oxşar xəbərlər