- 13:57
Çin ABŞ telekommunikasiya sektorunda yeni məhdudiyyətlər tətbiq edərsə, yerli müəssisələri qorumaq üçün bütün zəruri tədbirləri görəcək.
E-huquq.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin bəyanatında deyilir.
Nazirlik Vaşinqtonu səhv təcrübələrdən dərhal imtina etməyə, bazar qaydalarına hörmət göstərməyə və müvafiq qərarları ləğv etməyə çağırıb.
Qeyd olunub ki, ABŞ-nin Federal Rabitə Komissiyası texnoloji neytrallıq prinsipindən imtina edib və milli təhlükəsizlik anlayışından sui-istifadə edir.
Çinin fikrincə, yeni tədbirlər heç bir sübut olmadan Çin və digər ölkələrin şirkətlərini diskriminasiya edir, həmçinin elektronika üzrə qlobal təchizat zəncirlərinin sabitliyini pozmaq təhlükəsi yaradır.
Humay Eminqızı