Tuapsedə 13 min kubmetrdən çox çirklənmiş torpaq və su-neft qarışığı təmizlənib


  • 13:15

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində neft emalı zavoduna hücumundan sonra neft sızıntısının təmizlənməsi işləri davam edir.

E-huquq.az xəbər veir ki, bu barədə rayonun rəhbəri Sergey Boyko məlumat verib.

“Ümumilikdə 13 min 333 kubmetr çirklənmiş torpaq və su-mazut qarışığı toplanıb”, - məlumatda bildirilib.

Təmizləmə üçün 790 canlı qüvvə və 48 texnika cəlb edilib.

Yanğınla əlaqədar təxliyə edilən arasında 85 nəfər hələdə otellərdə qalır.

Dəniz terminalında yanğınsöndürmə işləri isə davam edir.

Humay Eminqızı

Oxşar xəbərlər