Əraqçi: "İrana qarşı əməliyyat ABŞ-yə 100 milyard dollara başa gəlib"


  • 13:57

ABŞ Pentaqonun hesablamalarının əksinə, İrana qarşı zərbələr üçün təxminən 100 milyard dollar xərcləyib.

E-huquq.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı “X” platformasında yazıb.

“Pentaqon yalan danışır. İsrailin baş naziri Benyamin Netanyahunun avantürası artıq Amerikaya 100 milyard dollara başa gəlib ki, bu da açıqlanan məbləğdən dörd dəfə çoxdur. Dolayı xərclər Amerika vergi ödəyiciləri üçün xeyli yüksəkdir. Hər bir Amerika ailəsi üçün aylıq hesab 500 dollar təşkil edir və sürətlə artır”, - Əraqçı bildirib.

Qeyd edək ki, 29 apreldə ABŞ-nin müdafiə nazirinin maliyyə üzrə müavini vəzifəsini icra edən Culs Hyörst bildirib ki, ABŞ İrana qarşı hərbi əməliyyata təxminən 25 milyard dollar xərcləyib. O izah edib ki, bunlar ilkin hesablamalardır.

Humay Eminqızı

Oxşar xəbərlər