Braziliyada şiddətli yağışlar nəticəsində dörd nəfər öldü


  • 16:39

Braziliyanın şimal-şərqindəki Pernambuco əyalətində güclü yağışların genişmiqyaslı daşqın və torpaq sürüşmələrinə səbəb olması nəticəsində ən azı dörd nəfər ölüb, onlarla insan yaralanıb.

E-huquq.az xəbər verir ki, güclü yağışlar dağlıq ərazilərdə torpaq sürüşmələrinə, yaşayış binalarının uçmasına və magistral yolların su altında qalmasına səbəb olub.

Xilasedicilər yüksək riskli ərazilərdən sakinləri təxliyə edirlər.

Oxşar xəbərlər