- 16:39
Meksikanın qərbindəki Nayarit ştatında turist avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.
E-huquq.az xəbər verir ki, qəza nəticəsində ən azı 11 nəfər ölüb, 31 nəfər yaralanıb.
Qeyd olunub ki, Xalisko ştatından hərəkət edən avtobus sərnişinləri istirahət mərkəzinə aparırmış. Ancaq Amatlan-de-Kana şəhəri yaxınlığında nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Hadisə yerinə xilasetmə xidmətləri göndərilib və qəzanın səbəblərini müəyyən etmək üçün yol müvəqqəti bağlanıb.