Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək


  • 15:07

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında ölkəsini təmsil edəcək.

E-huquq.az xəbər verir ki, “Gələcəyi qurmaq: Avropada birlik və sabitlik” mövzusunda keçiriləcək toplantıda demokratik dayanıqlığın gücləndirilməsi, əlaqəliliyin inkişafı, iqtisadiyyat və enerji təhlükəsizliyi sahələrində əməkdaşlığın artırılması məsələləri müzakirə olunacaq.

Məlumata görə, görüşdə həmçinin regionda baş verən son hadisələr və qlobal problemlər də gündəmdə olacaq.

Qeyd edək ki, Cevdet Yılmazın İrəvana səfəri Türkiyədən bu səviyyədə Ermənistana həyata keçirilən ilk səfər olacaq.

Oxşar xəbərlər